Günün qoroskopu: emosiyalarınızı cilovlayın, münaqişədən yayının


Digərləri 09 Yan 2018 00:01:00 260 0

Günün qoroskopu: emosiyalarınızı cilovlayın, münaqişədən yayının

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - başladığınız işin təfərrüatlarına və detallarına ciddi fikir versəniz, uğur əldə edə bilərsiniz. Layihələrinizin keyfiyyətli, hətta mükəmməl olmasına çalışın. Təmkinli davransanız, işgüzar münasibətlərinizdə irəliləyişlər yaşanacaq.

Günün ikinci yarısında başqalarının dediklərinə, tənələrə və iradlara fikir verməyin. Tənqid əhvalınızı korlamamalıdır. Subaysınızsa, yeni tanışlarla təmaslar zamanı diqqətli olun. Pərişanlığa qapıla bilərsiniz.

Buğa - qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin, hədəfləri konkretləşdirin. Peşəkar fəaliyyət sahəsində uğurlara nail olmaq və rəqibləri üstələmək üçün qətiyyətli olun. Yaxşı nəticələrə nail olmaq üçün səylə, zəhmətlə işləmək lazımdır. Səbrli, zəhmətkeş olun. Tənbəllik etməyin.

Günün ikinci yarısında özlərini sizə rəqib sayan adamlarla ehtiyatlı davranın.

Hissləriniz prosesə mane olmamalıdır. Yaxın ətrafınızdakı insanların emosiyalarını nəzərə alın. Həmkarlar, sadəcə, tanışlar və yaxınlarınızla təmaslara fərq qoymağı bacarın.

Əkizlər - bundan sonrakı işinizdə istifadə edə biləcəyiniz məlumatları əldə etməyə çalışın. Kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli zamandır. Sərfəli anlaşmalara nail ola bilərsiniz. Bir şərtlə ki, belə anlaşmadan əvvəl təfərrüatlı və ciddi danışıqlar olub.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin birgə əməkdaşlığa yüksəlməsinə çalışın. Zövq, adət və ya gələcək planlarla bağlı müzakirələr dartışmalara çevrilməməlidir.

Axşam saatlarında dincəlməyə çalışın.  

Xərçəng - yarımçıq qalmış işləri başa vurun. Proses darıxdırıcı və cansıxıcı təsir bağışlasa da, dayanmayın, ruhdan düşməyin. Enerjiniz azdır. Tənbəlliyə və süstlüyə qapılmayın. Layihə və sifarişləri vaxtında reallaşdırmağa çalışın.

Günün ikinci yarısına işdə rəhbərliyin tənqid, qınaq hədəfinə çevrilməyin. Səfər uğurlu olacaq. Amma heç bir halda yolda nə isə almayın.

Axşam saatlarına yaxın əks cins mənsubunun qəlbini qırmayın.

Sevdiyiniz insanla səmimi, qayğıkeş davranın.

Şir - günün ilk yarısında maliyyə məsələlərinin çözülməsi prosesində ehtiyatlı davranın. Alış-verişdə çox pul xərcləməyin. Hər hansı əşyanın gərəkli olub-olmaması ilə bağlı şübhələr varsa, o əşyanı almayın.

İş yerinin dəyişdirilməsi və ya başqa yerə köçməklə bağlı qəti qərar verməyə tələsməyin.

Günün ikinci yarısında maraqlı fikirlərə malik insanlarla xoş saatlar keçirə bilərsiniz. Dostlarla görüş, romantik təmaslar üçün yaxşı zamandır.

Yeni tanışlıqlar istisna deyil. İlkin təəssürata aldanmayın - ilk dəfə gördüyünüz insanla bağlı qənaətlərinizdə yanıla bilərsiniz.

Qız - ani hisslərin əsirinə çevrilməsəniz, problemlərin sayı azalacaq. Situasiya paradoksal hal alsa da, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanların tələblərini qulaqardına vurmayın. Özünüzə nəzarəti itirməyin.

Günün ikinci yarısı təlatümlü saatlar vəd edir. Enerjinizi konstruktiv məcraya yönəldin, rəqibləri üstələməyə can atın.

Yaxınlarınızın istəklərini anlayın. Onların hərəkətlərinin motivlərini və səbəblərini araşdırın. Soyuqqanlı olun. Əks təqdirdə dəyər verdiyiniz insanla mübahisələr istisna deyil.

Tərəzi - yaxın ətrafınızdakı insanların davranışlarına emosional reaksiya verməyin. Yaranan situasiyaların məğzini anlamağa çalışın. Yeni problemlər yaranmasa, onlar formalaşmayacaq.

Özünüzü pis hiss edirsinizsə, psixoloji durumunuza diqqət yetirin.