Gur və sıx saçlar üçün MÖCÜZƏVİ YAĞ MASKASI


Digərləri 08 Yan 2018 23:36:00 362 0

Gur və sıx saçlar üçün MÖCÜZƏVİ YAĞ MASKASI

Saçların gur və sıx olması demək olar ən çox soruşulan suallardan biridir. Yazdığımız bu resept çox adama tanış olsa da xatırlamaqda problem olmaz.

Son.az Fizulihuseynov.com-a istinadən bildirir ki, axşam yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə massaj edin. Çalışın yağ bütün saç diblərinə dəysin. Sonra saçlarınızı yağa tam batıraraq başınızı bağlayıb səhərə qədər yatın. Bunu həftədə 2 dəfə edin, hardasa 10 dəfə. Təsiri mükəmməldir. Saç diblərinə vuranda qulaq çöpü ilə kirpiklərinizə və qaşlarınıza da vurun. Kirpiklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaqdır.

Başqa faydaları

Saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur, kəpək əleyhinə təsiri var, saç dibindəki səpgiləri və qaşınmanı götürür.

Əgər üzünüzdə sızanaq varsa, üzə də vura bilərsiniz.