Bəzi dərmanların tərkibinə bu heyvanların bığları qatılır FOTO


Digərləri 08 Yan 2018 23:27:00 334 0

Bəzi dərmanların tərkibinə bu heyvanların bığları qatılır  FOTO

Səyahətçi fotoqraf Arif Ələkbər Tanzaniyada, Serengeti qoruğunda məskunlaşan leopardların  fotolarını çəkib. Son.az ailem.az-a istinadən həmin fotoları və fotoqrafın leopardlar haqda yazdığı maraqlı faktları təqdim edir:

- Leopardın (bəbirin) adı "leon" (aslan) və "pardus" (panter) yunan sözlərinin birləşməsindən yaranıb.

- Ölçüsünə görə panterkimilər arasında ən "xudmanisidi". Erkəklərin çəkisi 60-80 kq, dişilərin 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi təxminən 250 kq olur.

- Bu kiçik ölçüsünə rəğmən, öz çəkisindən 3 dəfə artıq olan heyvanları ovlaya bilir.

- Çox gizlin həyat tərzi sürürlər. Vəhşi təbiətdə onlara rast gəlmək müşkül məsələdir.

- Topuqlarının xüsusi formasının hesabına leopard asanlıqla ağaca dırmaşır. Həmişə də ordan başı aşağı düşür.

- Yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orda nuş edir. Şikar da öz ölçülərindən 3 dəfə artıq ola bilər. Məsələn, zürafə balasını öldürüb, asanlıqla 6 m hündürlüyə dartıb çıxarda bilir.

- Hər bir leopardın üzərindəki ləkələr unikaldır. Lap zebralardakı kimi.

- Aslanlar kimi, leopardlar da nərildəyə bilirlər, amma "abır-həya" güdərək. Həm də ev pişikləri kimi mırıldaya da bilirlər.

- Eşitmə qabiliyyəti insanınkından 5 dəfə daha güclüdür.


Xəbərə aid fotolar