Hər gün onlarla istifadəçi "Feysbuk" hesabını bağlayır


Digərləri 08 Yan 2018 23:01:00 290 0

Hər gün onlarla istifadəçi "Feysbuk" hesabını bağlayır

Dünyanın ən çox istifadə edilən "Feysbuk" şəbəkəsi reytinqini itirir.

Son.az xəbər verir ki, 2 milyarddan çox aktiv istifadəçisi olan şəbəkədə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi qorunmur. Belə ki, ismarıc bölməsində istənilən şəxsə müxtəlif zamanlarda göndərilən faylları (şəkillər, videolar, doc.fayllar) sonradan silmək mümkün deyil.

İstifadəçilər söhbət arxivini silsələr də, daha əvvəl göndərilən bütün şəkillər ismarıc bölməsində olduğu kimi qalır. Onları ayrı-ayrılıqda silmək də mümkün deyil.

Məhz bu səbəbdən şəbəkə istifadəçiləri status paylaşaraq kütləvi şəkildə öz hesablarını bağlayırlar.