Aygün Bəylər Röyadan üzr istəməyib


Şou-biznes 08 Yan 2018 22:40:00 269 0

Aygün Bəylər Röyadan üzr istəməyib

"Röya Ayxan hazırda Bakıda deyil. Buna baxmayaraq məhkəmə prosesi ilə bağlı işlər davam etdirilir. Aygün Bəylər bu günə qədər Röyadan üzr istəməyib".

Son.az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxanın köməkçisi Vüsal Rzazadə musavat.com-a açıqlamasında bildirib.

O, qeyd edib ki, qarşı tərəf üzr istəmədiyinə görə bağışlama ehtimalı da yoxdur: "Məhkəmə prosesin son təffərrüatları haqda yeni açıqlama olacaq. Amma bağışlamaq qərarına gəldikdə isə ortada şərəf və ləyaqətə toxunan sözlər işlədilib. Hər halda son qərarı Röya Ayxan özü verəcək".