Deputat: Bu o demək deyil ki, siqaret çəkənlər üçün salon ayrılacaq


Digərləri 08 Yan 2018 22:31:00 309 0

Deputat: Bu o demək deyil ki, siqaret çəkənlər üçün salon ayrılacaq

"Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanunun yerinə yetirilməsinə hansı qrumun nəzarət edəcəyi Nazirlər Kabineti tərəfindən qanunun icra mexanizmi işlənib hazırlandıqdan sonra məlum olacaq.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanunun icrasına hansı qurumun nəzarət edəcəyindən asılı olmayaraq, qapalı məkanlarda siqaret çəkmək qadağandır:

"Qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerin ayrılması sahibkarın imkanına və istəyinə bağlıdır. Sahibkar istəsə, məkanda siqaret çəkmək üçün xüsusi yer ayıra bilər. Xüsusi yerdə balaca və güclü ventilyasiya sistemi olmalıdır. Amma bu o demək deyil ki, siqaret çəkmək üçün ayrı salon ayrılacaq və ya ayrıca bir restoran olacaq ki, ora ancaq siqaret çəkənlər gəlsin".