Dünyanın ən bahalı dərmanları


Digərləri 08 Yan 2018 22:24:00 307 0

Dünyanın ən bahalı dərmanları

ABŞ-ın "Spark Terapeutiks" adlı dərman firması ömürlük korluğun müalicəsinə qarşı yeni dərman hazırlayıb.

Son.az xəbər verir ki, "Luxturna" adı verilən dərmanın 850 min dollara satışa çıxarılacağı bildirilir.

Şirkət bildirib ki, qiymət müəyyən edərkən sığorta şirkətlərinin 1 milyon dollardan artıq səhiyyə xərclərini ödəməsi məsələsindəki narahatlığı nəzərə alınıb.

Ömürlük korğulu müalicə edəcək bu dərman inanılmaz qiymətə satılan tək dərman deyil.

Belə ki, Hollandiyada yerləşən "UniQure" adlı şirkətin istehsal etdiyi "Glybera" 1 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı dərmanı hesab edilir. Avropa Dərman Agentliyi tərəfindən istifadəsinə razılıq verilən bu dərmanın gen müalicəsində istifadə olunduğu bildirilir. Ancaq dərmana gözlənilən qədər tələb olmadığı üçün keçən il bazardan çıxarılıb.