Avtomobillər və çay DONDU VİDEO


Digərləri 08 Yan 2018 21:30:00 235 0

Avtomobillər və çay DONDU  VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda soyuq hava şəraiti Potomak çayını dondurub.

Son.az xəbər verir ki, ABŞ-da son illərin ən sərt qışının yaşandığı bu günlərdə soyuq hava şəraitinin bir sıra çay və gölləri dondurduğu bildirilir.

Paytaxtın simvollarından olan Potomak çayının böyük bir hissəsinin donması ilə sakinlər və turistlər maraqlı mənzərənin şahidi olub. Uzun illər sonra ilk dəfə donan çayın şəklini çəkən turistlər mənzərənin onları təəccübləndirdiyini bildiriblər. Şəhərin bir sıra ərazilərində süni hovuzların donmasından istifadə edən sakinlər onların üzərində sürüşərək əyləniblər.

Bir neçə gün soyuq hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıqlar edilib, azı 17 nəfər soyuqdan donaraq ölüb.