Payızda əkib, qışda satırlar Qarpız 3, yemiş isə 4 manata təklif edilir VİDEO


Digərləri 08 Yan 2018 21:15:00 308 0

Payızda əkib, qışda satırlar  Qarpız 3, yemiş isə 4 manata təklif edilir  VİDEO

Mövsümü olmasa da, yol kənarlarında qarpız və yemiş satılır.

Son.az bildirir ki, söhbət Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsindən gedir. Satıcılar deyir ki, bu bostan bitkilərinə qış mövsümündə də tələbat var.

Həm qarpızı, həm də yemişi qışa saxlamaq üçün xüsusi yerlər lazımdır. Satışda olan qarpız-yemiş gec yetişən məhsullardandır.

Alıcılar isə qarpız-yemişin dadının indi də yaxşı olduğunu deyir. Aylardır qalmasına baxmayraq heç bir dəyişiklik yoxdur.