Sirkdə qorxulu anlar VİDEO FOTO
Dünya 08 Yan 2018 20:55:00 322 0
Belarusiyadakı sirk şousu zamanı xoşagəlməz hadisə baş verib.
Son.az xarici mətbuata istinadla xəbər verir ki, şou göstərən akrobatlardan biri uğursuz sıçrayışa görə əllərini digər akrobatın əlindən tuta bilməyib və 12 metr yüksəklikdən yerə yıxılıb. O, əvvəlcədən qoyulmuş hava şarının üstünə düşüb.
Həmin anların görüntüsü mobil telefonla kameraya çəkilib. Yerə yıxılan akrobat Yulia Tikaeva xəstəxanaya çatdırılıb. 20 yaşlı akrobat yerə çaxılanda şüurusuz vəziyyətdə olub. O, hazırda müalicə alır. Həkimlərin dediyinə görə, onun sümükləri qırılmayıb.
Emin Son.az
Mənbə: milli.az