Vəzifə istəyənlərin nəzərinə! Bu şərt nəzərə alınacaq


Digərləri 08 Yan 2018 20:30:00 232 0

Vəzifə istəyənlərin nəzərinə! Bu şərt nəzərə alınacaq

Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu, yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.