Hollivud ulduzu ofisiantlıq "etdi" FOTO


Digərləri 08 Yan 2018 20:35:00 294 0

Hollivud ulduzu ofisiantlıq "etdi"  FOTO

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Tom Henks ABŞ-ın Lors-Anceles şəhərində keçirilmiş "Golden Globe" mükafatlarının təqdimat mərasiminə qatılanlar arasında idi.

Son.az Radar Online-a istinadən bildirir ki, 61 yaşlı aktyor mərasimin keçirildiyi "Beverly Hilton" otelinin barında həmkarları üçün şampan daşıyaraq "ofisiantlıq" edib.

İki dəfə "Oskar" almış aktyorun bu sadəliyi və təvazökar davranışı bardakı reportyorların nəzərindən yayınmayıb.

Tom Henks mərasimdə xanımı Rita Uilsonla iştirak edib.


Xəbərə aid fotolar