Elzadan iki məşhura qalmaqallı sözlər: "Onlar düzələn deyillər"


Şou-biznes 08 Yan 2018 19:24:00 305 0

Elzadan iki məşhura qalmaqallı sözlər: "Onlar düzələn deyillər"

Əməkdar artist Elza Seyidcahan bəstəkar Nailə Mirməmmədlini və xalq artisti Nisə Qasımovanı tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "10-dan sonra" verilişinə qonaq olan müğənni bildirib ki, onlarla ünsiyyəti "Azərbaycanın səsi" yarışmasından sonra kəsib

E.Seyidcahan ad çəkmədən iki tanınmışın ünvanına bunları deyib:

"Azərbaycanın səsi" yarışmasında əyləşən münsiflər var idi ki, onlara əvvəl hörmət edirdim. Amma o layihədə onları itirdim. Hər insanla ünsiyyət qura bilmirəm, arada sərhəd qoyuram. Bəziləri adamı birinci dəfə görəndə sən deyirlər, axı bu səmimiyyəti zamanla qazanmalısan.