Xəzərin suyu rəngini dəyişib VİDEO FOTO


Digərləri 08 Yan 2018 19:00:00 255 0

Xəzərin suyu rəngini dəyişib  VİDEO  FOTO

Son günlər Qazaxıstanın Aktau şəhərinin sakinləri Xəzər dənizinin suyunun qırmızı rəngə çaldığını müşahidə edirlər.

Son.az Trend-ə istinadən bildirir ki,  Manqışlaq vilayətinin Ekologiya departamentinin rəhbəri Ruslan Tukenov bildirib ki, bu, Xəzərdə qırmızı yosunların bir yerə cəm olması ilə əlaqədardır.

O qeyd edib ki, departamentin mütəxəssisləri sudan və yosunlardan nümunələr götürüblər: "Hazırda analizlər aparılır. İlkin məlumata əsasən, dəniz suyu qırmızı yosunlara görə rəngini dəyişib".

R.Tukenov hər hansı təhlükənin olmadığını da vurğulayıb: "Bu, təbii prosesdir. Fırtına səbəbindən çoxlu sayda yosun sahilə yaxınlaşır və suyun rənginin dəyişdiyini görürük".

Xəbərə aid fotolar