Sabirabadda 39 kmlik yolun yenidən qurulmasına başlanılıb FOTO VİDEO


Digərləri 08 Yan 2018 18:50:00 261 0

Sabirabadda 39 kmlik yolun yenidən qurulmasına başlanılıb  FOTO  VİDEO

Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min m2-dən çox asfalt örtük döşənəcək.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.


Xəbərə aid fotolar