"Trump Tower"də yanğın zamanı 2 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO


Dünya 08 Yan 2018 18:41:00 278 0

"Trump Tower"də yanğın zamanı 2 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Alov söndürülüb

"Trump Tower"in binasında baş vermiş yanğın söndürülüb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York şəhərinin Yanğın Xidmətindən məlumat veriblər.

Alovun söndürülməsində 100-dən çox yanğınsöndürən iştirak edib.Yanğın zamanı iki nəfərin xəsarət aldığı bildirilir. 

*** 16:58

Nyu-Yorkda "Trump Tower" göydələninin damında yanğın baş verib.

Bu barədə "Report" NBC-yə istinadən xəbər verir.

Videogörüntülərdən göydələnin damından çıxan qalın ağ tüstü görünür, lakin bilavasitə alov görünmür.

İlkin məlumatlara görə, yanğına səbəb elektrik xətlərində yaranan qısaqapanma ola bilər.

Hadisə yerində yanğınsöndürənlər işləyir.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Donald Tramp yanğın zamanı binada olmayıb.