Obameyanqa Çin klubu maraq göstərir


İdman 08 Yan 2018 18:37:00 266 0

Obameyanqa Çin klubu maraq göstərir

"Borussia Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanqın karyerasını Çində davam etdirmək imkanı var. Goal.az xəbər verir ki, 28 yaşlı forvarda "Guangzhou Evergrande" maraq göstərir. Klub bu transferə görə 72 milyon avro ödəməyə hazırdır. Qabonlu hücumçunun keçidi reallaşsa, "Guangzhou" dövlət büdcəsinə 66 milyon avro vergi ödəməlidir.Futbolçunun özünə illik 18 milyon avro xalis məvacib təklif olunur.