Koutinyonun "Barcelona"da debütü gecikəcək


İdman 08 Yan 2018 17:18:00 267 0

Koutinyonun "Barcelona"da debütü gecikəcək

“Barcelona”nın yeni transferi Filip Koutinyonun neçə nömrəli formanı geyinəcəyi və debüt edəcəyi vaxt müəyyənləşib.

Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “7” nömrəni seçib. Klubun mağazalarında arxasında Koutinyonun adı olan 7 nömrəli formalar satışa çıxarılıb. Bu nömrənin sahibi Ardanın bu həftə “Başakşehir”lə 1,5 illik müqavilə imzalaması gözlənilir.

Bir qədər əvvəl tibbi müayinədən keçən Koutinyonun zədəli olduğu üzə çıxıb. Kataloniya klubunun həkimləri 25 yaşlı ulduz futbolçunun debütünün 20 gündən sonra reallaşacağını açıqlayıblar. Braziliya millisinin üzvünün yanvarın 28-də “Alaves”lə La Liqanın XXI tur matçında ilk dəfə “Barca” formasını geyinməsi gözlənilir.

Qeyd edək ki, “Barcelona” Koutinyonu “Liverpool”dan 160 milyon avroya transfer edib.