Xəzəryanı ölkələr gəmilərə nəzarət prinsipini dəyişir


Digərləri 08 Yan 2018 16:38:00 256 0

Xəzəryanı ölkələr gəmilərə nəzarət prinsipini dəyişir

Xəzəryanı dövlətlər limanlarda gəmilərə vahid dövlət nəzarəti rejimi tətbiq etməyi qərara alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu cür vahid yanaşma gəmilərin texniki təhlükəsizliyinin artırılmasına və regionda standartlara cavab verməyən gəmilərin istismarını aradan qaldırmağa imkan verəcək.

Bu addım öz növbəsində dəniz qəzalarının sayının azalmasına, gəmidə heyət və üzvlərinin təhlükəsizliyinin artırılmasına, nəqliyyat vasitələrinin və yüklərin mühafizəsinin gücləndirilməsinə gətirib çıxaracaq.