Arsen Venger istefa verəcək


İdman 08 Yan 2018 15:24:00 264 0

Arsen Venger istefa verəcək

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək.

Goal.az “Fox Sport”a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis müqaviləsindəki xüsusi bənddən yararlanaraq, belə bir addım atmağı planlaşdırır. Bildirilir ki, fransalını əvəzləməyə ən real namizəd “Arsenal”ın sabiq futbolçusu, hazırda “Manchester City”də baş məşqçi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”a rəhbərlik edir. London təmsilçisi onun rəhbərliyi altında 3 dəfə Premyer Liqanın qalibi olub, 7 dəfə İngiltərə Kubokunu və Superkuboku qazanıb.