Yeni kredit ittifaqı kimlərə kredit verəcək?


Digərləri 08 Yan 2018 15:18:00 256 0

Yeni kredit ittifaqı kimlərə kredit verəcək?

"Azərbaycan arıçıları öz kredit ittifaqlarını yaratmaq niyyətindədirlər".

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: "İlk dəfə bu məsələ 2017-ci ilin sentyabrında kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdə müzakirə olunmuşdu. Hazırda sənədləşmə ilə bağlı kiçik ləngimə var, amma ümid edirəm ki, yaxın zamanlarda kredit ittifaqı işə başlayacaq və arıçılar aşağı faiz dərəcələri ilə uzun müddətli kredit ala biləcəklər".