Klub prezidenti futbolçuları hərbi toplanışla cəzalandırdı - FOTOLAR


İdman 08 Yan 2018 14:32:00 302 0

Klub prezidenti futbolçuları hərbi toplanışla cəzalandırdı - FOTOLAR

İsveçrə "Syon"unun rəhbərliyi mövsümün ilk yarısının sonuncu pillədə başa vuran komandanın futbolçularını cəzalandırıb. 

Klub prezidenti Kristian Konstantinin əmri ilə bütün heyət Fransanın cənubunda keçirdikləri hazırlıq prosesi zamanı hərbi rejimli toplanışa cəlb olunub. Futbolçular baş məşqçi Qabi Qarsiyanın rəhbərliyi altında məşqlərə hər səhər saat 5:30-da bellərində çanta ilə qaçaraq start verirlər. Məşqlərə bir nəfər geciksə, bütün komanda cəzalanır. Onlar konserv yeyərək, dolanırlar. Bəzi oyunçular əvvəlcə bu qaydalardan qorxsalar da, get-gedə alışmağa başlayıblar. Baş məşqçi də eyni şərtlər altında çalışır.

Qeyd edək ki, İsveçrə Super Liqasında 19 turdan sonra "Sion" 17 xalla 10 komanda arasında sonuncu pillədə yer alır.