Yerevanda polis avtomobili qəzaya uğradı:


Dünya 08 Yan 2018 14:42:00 226 0

Yerevanda polis avtomobili qəzaya uğradı:

Yerevanda baş verən yol qəzası nəticəsində Ermənistan Yol Polisinin bir zabiti ölüb, biri isə yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də gecə  saatlarında paytaxtın Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

"BMW X6" ilə "Toyota Corola" markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci zabit taborunun zabiti, "Toyota Corola"nın sürücüsü 29 yaşlı Yerevan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, onun həmkarı 34 yaşlı Xaçik Qasparyan isə ağır yaralanıb. Məlumata görə, hər iki polis zabiti xidməti vəzifəsinin icra edirmiş.

"BMW X6"nin sürücüsü hadisə yerindən qaçıb.


Xəbərə aid fotolar