Bakıda qadına qarşı soyğunçuluq etdilər


Kriminal 08 Yan 2018 14:46:00 234 0

Bakıda qadına qarşı soyğunçuluq etdilər

Yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. 

DİN-dən Son.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Buzovna qəsəbəsində yaşayan bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alınması müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.