Suriyada azərbaycanlı İŞİDçi tutuldu VİDEO


Kriminal 08 Yan 2018 14:40:00 295 0

Suriyada azərbaycanlı İŞİDçi tutuldu  VİDEO

Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, YPG kürd dəstələri tərəfindən saxlanılıb.

İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, "orada çoxlu qaçaqmalçı var":

"Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar".