Prezident İlham Əliyev 4 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib


Siyasət 08 Yan 2018 14:24:52 276 0

Prezident İlham Əliyev 4 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Prezident İlham Əliyev Ekvatorial Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın, Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.