Azərbaycanlı xanəndə: "Ermənilər Fransada din amilini qabardaraq çirkin əməllərini həyata keçirməyə çalışırlar" FOTO


Kriminal 08 Yan 2018 14:15:00 273 0

Azərbaycanlı xanəndə: "Ermənilər Fransada din amilini qabardaraq çirkin əməllərini həyata keçirməyə çalışırlar"  FOTO

Son.az hazırda Fransada yaşayan azərbaycanlı xanəndə Sahib Əsədlinin report-a müsahibəsini təqdim edir:

- Nə vaxtdan muğam sənəti ilə məşğul olursunuz?

- Mən hazırda Ermənistanın işğalı altında olan Qubadlı rayonunda anadan olmuşam. Artıq 35 ildir incəsənət sahəsində çalışıram. İlk təhsilim rəssamlıq olub, Bakıda rəssamlıq məktəbini bitirmişəm. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru" ixtisasına yiyələnmişəm. Xalq artisti Alim Qasımovdan bir kurs aşağı, Brilliant Dadaşova ilə eyni dövrdə oxumuşam. Muğamı, demək olar, özüm öyrənmişəm, 22 yaşımdan bu sənətlə məşğulam. Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Muğam Teatrında işləmişəm. Ümumiyyətlə, oxumağa uşaqlıq illərində başlamışam. Axı dağlıq bölgədə döğulub böyümüşəm. Oxumağımın kökü də dağlardan gəlir. Yəni musiqini duymaq bizdə irsidir. 

- Bəs neçə ildir Vətəndən uzaqda yaşayırsınız?

- 1995-ci ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalmışam. Hazırda 7 ildir Fransada yaşayıram. Bundan əvvəl BƏƏ-də, İngiltərədə, İranda yaşamışam. Hansı ölkədə yaşamağımdan asılı olmayaraq, həmişə sənətimi davam etdirmişəm. Özbəkistanda, İranda, İsveçrədə, son illər isə Almaniyanın Frankfurt, Fransanın müxtəlif şəhərlərində muğamı ifa etmişəm.

- Azərbaycanı tərk etməyinizin səbəbi nə idi? Bu gün Vətəndən uzaqda yaşamaq çətin deyilmi?

- Ökədən getməyimin səbəbi məcburi köçkün həyatı oldu. Qarabağ münaqişəsi başladıqdan sonra üç qardaşım ailəsi ilə birlikdə, ümumiyyətlə, bütün qohumlarım məcburi köçkün düşdü. Həmin vaxt psixoloji və maddi durumum yaxşı deyildi. Bir milyon məcburi köçkün olan dövlətin maddi vəziyyəti necə ola bilərdi?! Belə çətinliklərə görə Azərbaycandan getmək qərarına gəldim. 

Təbii ki, bu gün Vətəndən uzaqda yaşamaq çox çətindir. Hər bir insan öz Vətənində xoşbəxtdir.

- Azərbaycandan köçərək xarici ölkələrdə yaşamağa getmək arzusunda olan soydaşlarımıza nə məsləhət görərdiniz?

- Bir insan ki, Vətənini təmsil etməyə gedirsə, heç bir problem yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə etdiyi çıxışını xatırlayıram. O demişdi: "Gedənlər getsinlər, amma Azərbaycanı təbliğ etsinlər".

Onsuz da sonda Vətənə dönəcəyik. Atalarımız yaxşı deyiblər: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı".

- Oğlunuz da musiqiçidir. Onun bu sənəti seçməsində hansısa rolunuz olubmu?

- Oğlumun bu sənəti seçməyində heç bir rolum olmayıb. Onda da musiqiyə maraq irsəndir. Biz İncəsənət Universitetini həyat yoldaşımla bir yerdə oxumuşuq. Təbii ki, evimizdə də hər zaman müxtəlif musiqi alətləri - kamança, piano, qaval, tar olub. Etibar da üç yaşından musiqi alətlərində ifa edib. Övladlarımızı nəyə məcbur etmək bizim ailəmizə yaddır. Etibarın musiqiyə marağını gördükdən sonra 5 yaşından fərdi piano dərsləri vermişik və 7 yaşında Bülbül adına Musiqi Məktəbinə daxil olub. Uşaqlara sənətlərini özləri seçməsi üçün sərbəstlik vermişik. Qızım iqtisadiyyatı bitirib.

- Siz muğam ifaçısı olduğunuz halda, oğlunuz caz janrını seçib. Bunu necə qarşıladınız?

- Əgər bir şey yaxşıya doğru gedirsə, buna etiraz edə bilmərəm. Caz musiqisi ilə muğamın oxşarlığı var. Hər ikisi improvizasiya olunur. Mənə elə gəlir ki, Etibar Əsədli doğru yoldadır.


Xəbərə aid fotolar