Paytaxtda yaşayış binasında yanğın


Digərləri 08 Yan 2018 14:16:00 254 0

Paytaxtda yaşayış binasında yanğın

Paytaxtda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 6 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.