Yeni turizm növləri inkişaf etdirilir


Digərləri 08 Yan 2018 14:17:00 287 0

Yeni turizm növləri inkişaf etdirilir

Cənab Prezidentin 2017-2020-ci illər üçün çimərlik turizminin inkişafı üçün sərəncamı olub turizmin inkişafı üçün. Həm yazda həm payızda tədbirlər keçirilib.

Son.az bildirir ki, bunu "Azernews"a müsahibəsində Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

O qeyd edib:

"Yeni turizm növləri inkişaf etdirilir. Bunlardan ən əsası dağ turizmidir. Qusarda yerləşən Şahdağda və Qəbələdəki Tufandağda.

Sağlamlıq və Termal Turism Assossiyasiyası yaradılıb. Bu assossiyasiya Azərbaycanda turizmin inkişafı üçün çox işlər görüb. Bu, həm Naxçıvanda duz dağ, həm Naftalanda həm Qalaaltıda turizmin inkişaf etdirilməsi üçün çox işlər görmüşdür.

Azərbaycana daha çox turist cəlb etmək üçün bildiyiniz kimi ASAN visa sistemi tətbiq olunub. Əsasəndə Asiya olkələri üçün nəzərdə tutulurI Yaponiya, Singapur, Malaziya.

Turizm inkişafı üçün müxtəlif proqramlar tətbiq olunur. Bu proqramlardan biri də Böyük ipək yolu proqramıdır. Bu proqram gələcək illərdə ölkədəki turizm inkişafının təkanına imkan yaradır.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu açılıb. Bu da qatar turizminin inkişafı üçün böyük bir addımdır. Çünki gələcəkdə qatar turizminin inkişafında nəinki Bakı-Tbilisi-Qars eyni zamanda Bakı-Astara da mühim yol oynayacaqdır. Qatar turizminin inkişafı Azərbaycanda kütləvi turizm üçün yeni zəmin yaradır.

Həm də dövlət tərəfindəndə gözəl turizm infrastrukturtu yaradılıb. İllər əvvəl rayonlara getmək çətin idi. İndi isə rayonlarda həm elektrik enerjisi həm su kəmərləri, həm yollar... Turizmin inkişafı üçün infrastruktur mühüm rol oynayır.

Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Son illərdə Azərbaycana gəlmə turizmi inkişaf edir. Bildiyiniz kimi 90cı illərdə Azərbaycandan getmə turizmi inkişaf edirdi. 2000-ci ilin əvvələrindən isə gəlmə turizmi və daxili turizm inkişaf edir.

Qeyd edim ki gəlmə və daxili turizm iqsitasiyyatda mühüm rol oynayır. Gələnlər valyutanı azərbaycanda saxlayır. Yeni iş yerləri açılır.

Turistlərin gəlib getmək sayına təsir edən əsas amil Azərbaycanın sabit bir ölkə olmasıdır. İkinci amil Azərbaycan xalqının tolerant və çox qonaqpərvər olmasıdır - bunu bütün turstlər deyir. Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır.

Dəniz turizmini də inkişaf etdirmək istəyirik. Dövlətin turizmə göstərdiyi yardım, sadələşdirilmiş vizanın tədbiq olması ölkəyə çoxlu turist cəlb edir.