Səhnədə Nigar Camalın başına oyun gəldi,


Şou-biznes 08 Yan 2018 13:56:00 311 0

Səhnədə Nigar Camalın başına oyun gəldi,

Milli Uğur Mükafatlarının təqdim olunması münasibətiylə keçirilən mərasimdə Nigar Camalın başına iş gəlib.

Son.az xəbər verir ki, zərfdə yazılan qalib şirkətin adını açıqlamaq üçün Nigar Camal səhnəyə çıxıb. Müğənni zərfi açanda özünü gülməkdən saxlaya bilməyib. Qonaqlar ulduzun nəyə güldüyünü bilməsə də, Nigar Camalın gülüşü onları da "yoluxdurub".

Nigar Camal məsələyə sosial şəbəkədə aydınlıq gətirib. O, sözügedən kadrları İnstaqram-da paylaşaraq səbəbkarın Eldar Qasımov olduğunu deyib:

"Kaş ki, Eldara baxmazdım. Eldar səhnənin arxasında durmuşdu. Zarafatca göstərirdi ki, guya dondurma yeyir. Özümü güclə saxladım ki, gülməyim, amma zərfdən dondurma şirkətinin adı çıxdı. Həm də şirkətin adı mənim soyadımla eyni idi. Onda özümü saxlaya bilmədim, öldüm".

Məlumat üçün bildirək ki, Milli Uğur Mükafatları Azərbaycanın işgüzar jurnalı "Consulting & Business" tərəfindən Azərbaycan ərazisində biznes və sahibkarlığın inkişafına böyük töhfə vermiş müəssisə, təşkilat, şirkət və şəxslər üçün təsis edilib.(publika.az)