Bank hesabından tutmuş qəbiristanlığadək oğurluq etdilər


Kriminal 08 Yan 2018 14:00:00 254 0

Bank hesabından tutmuş qəbiristanlığadək oğurluq etdilər

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul cıxarılaraq oğurlanması barədə "102" Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şəhər sakini İ.Abbasovanın bank hesabından 75 manatının cıxarılaraq oğurlanması məlum olub. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin pulu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov olması müəyyən edilib.