Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürüldü FOTO


Kriminal 08 Yan 2018 13:43:00 266 0

Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürüldü  FOTO

Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb.

Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.      

Araşdırma zamanı məlum olub ki, A.Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb.      


Xəbərə aid fotolar