Araz Abdullayev: "Komandamızın qələbəsi daha vacibdir"
İdman 08 Yan 2018 13:46:00 267 0
Kipr çempionatının 19-cu turunda milli komandamızın üzvü Araz Abdullayevin forma geydiyi "Anortosis" AEK-lə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Goal.az xəbər verir ki, Abdullayev vacib matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra Kipr mətbuatına açıqlama verib:
"Böyük oyunda qalib gəldiyimiz üçün sevinirik. Hər iki komanda yaxşı oyun sərgilədi. Qələbəni biz daha çox arzulayırdıq. 1-ci pilləni ələ keçirmək üçün 3 xala ehtiyacımız var idi. Azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qalib gəldik. İki məhsuldar ötürmə üçün sevincliyəm. Komandamızın qələbəsi daha vacibdir. Oyunlarımız çətin olacaq, çünki zirvədə qərarlaşan komandaya qarşı xüsusi hazırlaşırlar".
Mənbə: goal.az