Samuxda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb


Sosial 08 Yan 2018 13:21:01 286 0

Samuxda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb

Faktla bağlı araşdırma aparılır

Samux rayonunda məktəb mühafizəçisi iş yerində ölü tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kənd orta məktəbində mühafizəçi işləyən, 1947-ci il təvəllüdlü Kərəm Rəsul oğlu Əhmədov iş yerində ölü tapılıb. 

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.