Azərbaycanlı müğənni özünə gizli toy etdi


Digərləri 08 Yan 2018 13:22:00 295 0

Azərbaycanlı müğənni özünə gizli toy etdi

Bu gün ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovla bağlı şok edəcək faktın üstü açılıb.

Son.az xəbər verir ki, sözügedən məlumatı efirdə verilişin aparıcısı Elgiz Əkbər açıqlayıb:

"Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər".

Aparıcının sözlərini təsdiq edən Mirkamil "Toy xarici ölkədə olub" deyib. Müğənni Bakıda da özünə toy çaldıracağını sözlərinə əlavə edib.


Xəbərə aid fotolar