37 yaşlı kişinin qollarını şüşə doğradı


Digərləri 08 Yan 2018 13:20:00 283 0

37 yaşlı kişinin qollarını şüşə doğradı

Tovuz sakininin qollarını şüşə doğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İbrahim Hacılı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Alıyev Niyaməddin Akif oğlu hər iki əlinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilib.

Yaralı bildirib ki, evdə işləyərkən ehtiyatsızlıqdan qollarının üzərinə şüşə düşüb və doğrayıb.