YAP üzvlük haqlarının artırılması barədə yayılan xəbərlərə münasibət bildirib
Siyasət 08 Yan 2018 13:03:00 298 0
Siyavuş Novruzov: “Partiyada üzvlük haqqı minimum 1 manatdır”
“Yeni Azərbaycan Partiyasında üzvlük haqları artırılmayıb. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, partiyada üzvlük haqqının minimum məbləği 1 manatdır.
Qeyd edək ki, bəzi saytlarda YAP-da üzvlük haqlarının 1 manatdan 2 manata qaldırılması ilə bağlı məlumat yayılıb.
Mənbə: report.az