XİN rəsmisi bir neçə xarici ölkənin Azərbaycandakı səfirlərini qəbul edib


Siyasət 08 Yan 2018 12:53:52 238 0

XİN rəsmisi bir neçə xarici ölkənin Azərbaycandakı səfirlərini qəbul edib

Diplomatlar etimadnamələrinin surətlərini Pərvin Mirzəzadəyə təqdim ediblər

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə bir neçə ölkənin Azərbaycandakı qeyri-rezident səfirlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunan yeni səfirləri iştirak edib. 

Diplomatlar etimadnamələrinin surətlərini P.Mirzəzadəyə təqdim ediblər. 

Səfirlərlə söhbətdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.