Ötən gecə Bakının bəzi ərazilərinin qaz niyə kəsilib? SƏBƏB


Digərləri 08 Yan 2018 12:42:31 267 0

Ötən gecə Bakının bəzi ərazilərinin qaz niyə kəsilib?  SƏBƏB

Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub.

Son.az APA-ya istinadən xəbər verir ki, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb. 

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev APA-ya bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.

"Hazırda "Azəriqaz"ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işçiləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək", - İ.Kərbəlayev vurğulayıb.