"Borcunun əvəzinə arvadını təklif etdi"


Digərləri 08 Yan 2018 12:47:00 252 0

"Borcunun əvəzinə arvadını təklif etdi"

Qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

S.Abıyev özünü təqsirli bilib: "Milyon faiz günahkaram".

S.Abıyev ifadə verməkdən öncə mərhumun atasının zaldan çıxmasını xahiş edib.

Lakin hüquqi varis zaldan çıxarılmayıb.

Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməyinin səbəbini açıqlayıb: "Borcu var idi. Söhbət edəndə dedi ki, arvadımdan xoşun gəlir? Mən də onu başa saldım ki, ayıbdır. Onu başa saldım. Sonra gedib, adama bir pivə aldıq. İçəndən sonra yenə borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım".