Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı VİDEO


Siyasət 08 Yan 2018 12:49:00 443 0

Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı  VİDEO

Sosial şəbəkələrdə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın tarixi Şuşa şəhəri və Kəlbəcər rayonundan görüntülər yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, videolar Youtube sosial şəbəkəsinə erməni bloger tərəfindən yerləşdirilib və Şuşa "qədim erməni şəhəri" adı ilə təqdim olunub. Bu azmış kimi bloger uydurduğu qondarma tarixi Azərbaycan musiqisinin sədaları altında sosial şəbəkə izləyicilərinə təqdim edib:

"Təxminən yüz il əvvəl Qafqaz türkləri qədim erməni şəhəri olan Şuşada soyqırım törətdilər. Qatillər köklü əhalini məhv edib şəhərdə məskunlaşdılar. Daha sonra bolşeviklər süni olaraq xalq yaradıb onları azərbaycanlılar adlandırdılar. Tarixi Ermənistan torpaqları isə köçərilərə verildi. Şükr allaha, cəsur erməni qoşunları sayəsində bu ərazilərin bir hissəsi 1992-1994-cü illərdə azad edildi". 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində