Ulduzlar mərasimə qara geyindilər FOTO


Digərləri 08 Yan 2018 12:25:00 283 0

Ulduzlar mərasimə qara geyindilər  FOTO

ABŞ-ın Los-Anceles şəhərində 75-ci " 75th Golden Globe Awards" mərasimi keçirilib.

Son.az NBC-yə istinadən bildirir ki, "The Beverly Hilton" mərasimə qatılan ulduzların tam əksəriyyəti qara paltarda olublar.

Hollivudda cinsi təcavüz qurbanları olmuş qadınlara dəstək hərəkatı olan və sosial şəbəkələrdə "#MeToo" ("Mən də") heşteqi ilə yayılan aksiyaya qatıldıqlarını bu minvalla nümayiş etdirən ulduzların dediklərinə görə, qadın hüquqları daha ciddi, genişmiqyaslı şəkildə qorunmalıdır.

Həmin ulduzlar "Time's Up" adlı hərəkat yaradaraq mərasim öncəsində mediada bəyanatlar da yayıblar.