Uruqvaylı hücumçu "Real" və "Barcelona"nı məyus edən yeganə futbolçudur


İdman 08 Yan 2018 12:17:00 362 0

Uruqvaylı hücumçu "Real" və "Barcelona"nı məyus edən yeganə futbolçudur

İspaniya La Liqasının 18-ci turunda baş tutan "Celta" - "Real" qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinə 1 xal qazandıran qolu uruqvaylı Maksi Qomes "Real"ın qapısından keçirib. Goal.az xəbər verir ki, 21 yaşlı forvard bu mövsüm "Real" və "Barcelona"ya (2:2) qol vuran, hələlik yeganə futbolçudur. Hər iki İspaniya nəhəngi ilə oyunda Qomes komandasının bərabərlik qoluna imza atıb.