"Qoca həkim ürəyimi görüb, öz yaşına şükür etdi"


Şou-biznes 08 Yan 2018 12:05:00 302 0

"Qoca həkim ürəyimi görüb, öz yaşına şükür etdi"

ARB TV-nin "Səhər-səhər" proqramının növbəti qonağı müğənni Mirkamil Kamilov olub. Son.az xəbər verir ki, səhhətində baş verən problemlərindən danışan müğənni həkimin onun barəsində dediklərini ilk dəfə efirdə açıqlayıb: "Heç kim sığortalanmayıb həyatdan. Şükür etmək lazımdır. Həkimin 70-dən çox yaşı var idi, amma ürəyimi görəndə öz yaşına şükür etdi. İndi ürəyim cavanlaşmağa doğru gedir. Sağ olsun həkim, ürək yenidən bərpa olur. Bu məsələ çox uzun məsələdir. Başqa heç nə yoxdur. Sadəcə, ürəklə bağlıdır".


Xəbərə aid fotolar