Xəttab necə öldürülüb? TƏFƏRRÜAT


Dünya 08 Yan 2018 11:22:00 261 0

Xəttab necə öldürülüb?  TƏFƏRRÜAT

Çeçenistanda beynəlxalq terrorçu Xəttabın zərərsizləşdirilməsinin detalları məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, terrorçu məktub vasitəsi ilə zəhərlənərək məhv edilib. Məlumata əsasən, onun zərərsizləşdirilməsi tez-tez yerini dəyişməsi və rabitə vasitələrinə güvənməməsi səbəbindən çətin olub. Terrorçu kənar şəxslərlə məktub vasitəsi ilə əlaqə saxlayıb. Məktublar isə kuryerlərə izlənməsi mümkün olmayan xüsusi zəncir vasitəsi ilə çatdırılıb.

Xəttabın öldürülməsinə görə mükafat təyin edildikdən sonra kuryerlərdən biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ildə kuryer hüquq-mühafizə orqanlarına Səudiyyə Ərəbistanından məktub aldığını bildirib. Moskvadan kimyaçı mütəxəssis həmin məktubun üzərində işləyərək üzərinə kəskin zəhərləyici xüsusiyyətə malik zəhər töküb.

Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, Xəttab məktubu oxuduqdan sonra yandırıb.