Yerevanda polis avtomobili qəzaya uğrayıb, bir zabit ölüb, biri isə yaralanıb


Dünya 08 Yan 2018 10:47:39 261 0

Yerevanda polis avtomobili qəzaya uğrayıb, bir zabit ölüb, biri isə yaralanıb

“BMW X6”-nin sürücüsü hadisə yerindən qaçıb

Yerevanda baş verən yol qəzası nəticəsində Ermənistan Yol Polisinin bir zabiti ölüb, biri isə yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 8-də gecə saatlarında paytaxtın Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

“BMW X6” ilə “Toyota Corola” markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci zabit taborunun zabiti, “Toyota Corola”nın sürücüsü 29 yaşlı Yerevan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, onun həmkarı 34 yaşlı Xaçik Qasparyan isə ağır yaralanıb. Məlumata görə, hər iki polis zabiti xidməti vəzifəsinin icra edirmiş.

“BMW X6”-nin sürücüsü hadisə yerindən qaçıb.

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.