Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik" (FOTO)


Digərləri 08 Yan 2018 10:49:06 221 0

Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik" (FOTO)

Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər.

Bakı. Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Trend-in məlumatına görə, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib. Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.