Küçədə çantasını oğurlayan tutuldu:


Dünya 08 Yan 2018 10:32:00 279 0

Küçədə çantasını oğurlayan tutuldu:

Sakaryanın Serdivan qəsəbəsində tükürpədici dələduzluq faktı qeydə alınıb.

Son.az Mynet-ə istinadən xəbər verir ki, maska taxıb işi məhkəmədə olan keçmiş sevgilisinin çantasını alaraq qaçdığı iddia edilən M.A.V. saxlanılıb.

M.A.V. təhqir səbəbi ilə sevgilisi tərəfindən məhkəyə verilib. 

Olay ötən gün səhər saatlarında qeydə alınıb. İddiaya görə, o, keçmiş sevgilisini izləməyə başlayıb. Maska taxan M.A.V. qadını küçədə itələyərək əlindəki çantasını alıb, qaçıb.

Qızın şikayəti sonrası polis əməkdaşları şübhəlinin izinə düşüblər. Ərazidəki təhlükəsizlik kameralarını izləyən polis şübhəlini olaydan bir gün sonra saxlayıblar. Qız həmin şəxsin keçmiş sevgilisi olduğunu görüncə şok olub. Gənc qadın keçmiş sevgilisini yenidən polisə şikayət edib.