Azərbaycandan Türkiyəyə gedən sərnişin dolu avtobus YANDI


Digərləri 08 Yan 2018 10:34:00 228 0

Azərbaycandan Türkiyəyə gedən sərnişin dolu avtobus YANDI

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.