"Mahmud hoca"nın dəfn mərasiminə yüzlərlə insan qatıldı FOTO


Dünya 08 Yan 2018 10:18:00 259 0

"Mahmud hoca"nın dəfn mərasiminə yüzlərlə insan qatıldı  FOTO

Cümə günü, yanvar ayının 5-də həyatını itirən məşhur aktyor Münir Özkulla vida mərasimi Muhsin Ertuğrul sarayında keçirilib.

Daha sonra mərhum üçün Nişantaşındakı məsciddə cənazə namazı qılınıb. O, Bakırköy qəbirstanlığında dəfn edilib.

Son.az Haberler-ə istinadla xəbər verir ki, onun dəfn mərasimində yüzdən çox insan iştirak edib.

Onun cənazəsi qəbirstanlığa "Hababam güm güm" şüarı ilə aparılıb.